Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə 11 yanvar 2019-cu il tarixində Sabunçu rayonunun Nardaran qəsəbəsində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirmişdir.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqlarının minimum normalarının tələbləri və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilmişdir. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılmışdır.

Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndirilmişlər.

Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

19 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Agentliklə “Azərbaycan Standartlaşdırma İnstitutu”  publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanma  mərasimi keçirilib.  ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubu yeni nailiyyyət əldə edib

2019-cu il 14-17 mart tarixlərində Sərhədçi İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nazirliyi ilə birgə təşkil etdiyi, federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunmuş 10-cu Baku Open beynəlxalq karate turniri keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu