Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 10 yanvar 2019-cu il tarixində Xudat şəhəri 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat  verilmişdir.   

Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilmişdir.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Gəncə şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Abşeron rayonu Çaylı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Nizami rayonundakı 32 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu