Geri

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişlər

FHN-in Bakı Regional Mərkəzi 4-6 sentyabr 2018-ci il tarixlərində paytaxtın ümumtəhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün üç günlük kurslar keçirmişdir.

Kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olmuşdur.

Kurslarda Bakı Regional Mərkəzinin, FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissədə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında çıxışlar edilmiş və mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Kurslarda civə dağılmaları zamanı davranış qaydaları ilə bağlı məlumat verilmiş, civənin toplanması şərti olaraq tədbir iştirakçıları tərəfindən həyata keçirilmişdir.

Tədbirlərin gedişində şərti zəlzələ həyəcanı elan edilmiş, zəlzələ zamanı düzgün mövqe seçilməsi və digər zəruri hərəkətlər müəllimlərin iştirakı ilə nümayiş olunmuşdur.

Bundan əlavə, odsöndürən balonlardan istifadə qaydaları müəllim heyətinə əyani şəkildə nümayiş olunmuş və ondan istifadə vərdişləri aşılanmışdır.

Nəzəri hissədə, həmçinin suallar cavablandırılmışdır,

Kurslarda müxtəlif xarakterli fövqəladə hallar zamanı hərəkət qaydaları, eləcə də mülki müdafiənin təşkili ilə bağlı plakatlar nümayiş olunmuşdur.

Praktik hissə zamanı məktəblərdə şərti yanğın həyəcanı verilmiş, tədbir iştirakçılarının təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilmişdir. Yanğın, mühəndis və kimya kəşfiyyatı aparıldıqdan sonra yanğın söndürülmüşdür.

Kurslarda tədbir iştirakçılarına Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu xüsusi alət və avadanlıqlar, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən maneken-mulyaj üzərində xəsarət alanlara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları nümayiş olunmuşdur.

Kurslarda 4500-ə yaxın müəllimin iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

18 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Xətai rayonu 194 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib

17 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi paytaxtın Sabunçu rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “2019 Formula-1 Azərbaycan Qran Prisi” layihəsi çərçivəsində “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin dəvəti əsasında növbəti maarifləndirmə tədbirini 17 aprel 2019-cu il tarixində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində keçirib. ...

Ardını oxu