Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti  7 sentyabr 2018-ci il tarixində paytaxtın Sabunçu rayonu Pirşağa qəsəbəsinin dənizkənarı ərazilərində kiçikhəcmli gəmi istifadəçiləri üçün  “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda  maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları da iştirak etmişlər.

Görüşdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilmişdir. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılmışdır.

Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr, onların təsnifatı və istifadə qaydaları haqqında da maarifləndirilmişlər.

Sonda tədbir iştirakçılarına kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı qaydalarını və təchizatı üçün minimum tələbləri özündə əks etdirən broşürlər paylanılmışdır.

Digər məlumatlar

FHN Bakı Regional Mərkəzi Xətai rayonunda müşavirə keçirmişdir

FHN Bakı Regional Mərkəzi cari payız-qış mövsümünə hazırlıq çərçivəsində 16 noyabr 2018-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq Klubu çempionat keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 15-16 noyabr 2018-ci il tarixlərində Nazirliyin əməkdaşları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilimişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Xırdalan şəhər 23 nömrəli uşaq bağçasında “Uşaq hüquqları aylığı” çərçivəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu