Geri

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzinin əməkdaşları 4 sentyabr 2018-ci il tarixində Ağcabədi şəhər 4 saylı Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər. Tədbirdə ”Zəlzələ”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Sel və daşqın”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” xidmətinə müraciət qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları” mövzularında çıxışlar edilmişdir. Toplantıda, həmçinin yay mövsümü ilə əlaqədar istirahət zonalarında, çimərliklərdə, meşələrdə uşaqların təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı söhbət aparılmışdır. Tədbirdə yanğın, daşqın, dəm qazı, avtomobil qəzaları və digər bu kimi təbii və texnogen mənşəli fövqəladə hadisələr haqqında videoçarxlar nümayiş etdirilmişdir.

Sonda müəssisəyə mövzulara uyğun olaraq hazırlanmış maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in idmançıları çempionatda uğurla çıxış ediblər

18-21 aprel 2019-cu il tarixlərində Abşeron olimpiya kompleksində uşaq, yeniyetmə və gənclər arasında Taekvondo üzrə Bakı şəhərinin açıq birinciliyi keçirilib.  ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 24 aprel 2019-cu il tarixində Xaçmaz rayonu İlıxçı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 24 aprel 2019-cu il tarixində Xızı rayon Sukanal İdarəsində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirib....

Ardını oxu