Geri

Ümumtəhsil məktəblərində sinif rəhbərləri ilə metodiki toplantı keçirilmişdir

3 sentyabr 2018-ci il tarixindən FHN Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonların ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə sahəsində metodiki toplantıların keçirilməsinə start verilmişdir.

Kurslar sinif rəhbərlərinin sözügedən sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilmişdir. Kurslarda müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə müvafiq biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilmişdir.

Kursların gedişində iştirakçılara Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, fövqəladə hallar zamanı məktəb və sinif miqyasında həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunmuşdur.

Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilmiş ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Kurslarda mövzular ətrafında diskussiyalar aparılmış və suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır. Mülki müdafiə kursları davam etdirilir.

 

Digər məlumatlar

FHN Bakı Regional Mərkəzi Xətai rayonunda müşavirə keçirmişdir

FHN Bakı Regional Mərkəzi cari payız-qış mövsümünə hazırlıq çərçivəsində 16 noyabr 2018-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq Klubu çempionat keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 15-16 noyabr 2018-ci il tarixlərində Nazirliyin əməkdaşları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilimişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Xırdalan şəhər 23 nömrəli uşaq bağçasında “Uşaq hüquqları aylığı” çərçivəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu