Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 26 sentyabr 2018-ci il tarixində Hacıqabul rayonu Qarasu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq  məqsədilə keçirilmişdir.

Toplantıda Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti” və sair mövzularda geniş məlumat vermişlər. Tədbirdə mövzulara dair videoçarxlar da nümayiş olunmuşdur.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

26 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik rayon Laman kənd ümumi orta məktəbində......

Ardını oxu

FHN-in Regional mərkəzlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib

26 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. ...

Ardını oxu