Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 sentyabr 2018-ci il tarixində Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə, həmçinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.

Toplantı müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması məqsədilə keçirilmişdir.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunmuşdur.

Sonda mövzulara dair suallar cavablandırılmış və təbliğat materialları məktəbin  rəhbərliyinə təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

26 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik rayon Laman kənd ümumi orta məktəbində......

Ardını oxu

FHN-in Regional mərkəzlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib

26 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. ...

Ardını oxu