Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində “Respublika ərazisində fəaliyyət göstərən lisenziya şirkətləri tərəfindən yanğından mühafizə sistemlərinin qanunvericiliyin tələblərinə uyğun quraşdırılması, mövcud problemlər və aradan qaldırılması yolları” mövzusunda 14 sentyabr 2018-ci il tarixində iclas keçirilmişdir. İclasda Xidmətin aidiyyəti şöbə və sektorlarının əməkdaşları ilə yanaşı 76 lisenziya şirkətinin rəhbəri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan DYNX-nin rəis müavini daxili xidmət polkovniki Rəşad Əbilov bildirmişdir ki, son zamanlar yanğından mühafizə fəaliyyəti üzrə müxtəlif növ lisenziya almış şirkətlərin görmüş olduğu işlərin keyfiyyətinin aşağı olması, sertifikata uyğun olmayan materiallardan istifadə edilməsi, siqnalizasiya sistemlərinə sadəcə biznes kimi yanaşılması, eləcə də siqnalizasiya sistemlərinin bəzi yerlərdə aksesuarlara çevrilməsi hallarına rast gəlindiyini qeyd etmişdir. Çıxış edən natiqlər bununla yanaşı şirkətlər tərəfindən müvafiq layihə sənədlərinin hazırlanmaması, təhvil verilmiş sistemin profilaktika etmədən, sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə riayət olunmaması barədə fikirlər səsləndirmişlər. Elə bu səbəbdən də Xidmətin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyevin tapşırığına əsasən mövcud problemlərin həlli məqsədilə lisenziya şirkətlərinin rəhbərləri ilə birgə müzakirənin aparılmasının vacibliyini vurğulanmışdır.

İclasda mövcud problemlərin həlii istiqamətində qabağlayıçı tədbirlərin görülməsi, gələcəkdə bu sahədə işlərin normativ tələblərə uyğun aparılması, treninqlərin təşkil edilməsi, görülmüş işlərin hesabatının hazırlanaraq Xidmətə təqdim edilməsi və vətəndaşların maarifləndirilməsi üçün lazımi təbliğat işlərinin həyata keçirilməsi prioritet məsələ kimi qərara alınmışdır.

İclasda çıxış edən lisenziya şirkətlərinin rəhbərləri, DYNX-nin məsul əməkdaşları mövcud problemlərdən söz açmaqla yanaşı, həlli yollarından da danışmış, müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

18 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Xətai rayonu 194 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib

17 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi paytaxtın Sabunçu rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “2019 Formula-1 Azərbaycan Qran Prisi” layihəsi çərçivəsində “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin dəvəti əsasında növbəti maarifləndirmə tədbirini 17 aprel 2019-cu il tarixində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində keçirib. ...

Ardını oxu