Geri

Qəbələdə FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulmuşdur

Sentyabrın 12-14-ü tarixlərində Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Qəbələ şəhəri meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulmuşdur.

Yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışmışlar. Qeyd olunmuşdur ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə çempionatda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 20 komandanın tərkibində 80-ə yaxın idmançı iştirak etmişdir. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdirimişlər.

Yarışda FHN-in Mülki Müdafiə Qoşunlarının komandası birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası ikinci, Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilaetmə Dövlət Xidmətinin komandası üçüncü yeri tutmuşdur. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova ikinci, Mərkəzi Aparatın əməkdaşı Xatirə Şahverdi üçüncü yeri tutub.  Kişilərin yarışında isə FHN-nin Akademiyasının kursantı Özcan Kərimov  birinci, Şimal-Qərb Regional Mərkəzinin əməkdaşı Nurlan Əhmədov ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Ehtiram Məmmədov üçüncü yerə çıxmışdır.

Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

18 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Xətai rayonu 194 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib

17 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi paytaxtın Sabunçu rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “2019 Formula-1 Azərbaycan Qran Prisi” layihəsi çərçivəsində “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin dəvəti əsasında növbəti maarifləndirmə tədbirini 17 aprel 2019-cu il tarixində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində keçirib. ...

Ardını oxu