Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 13 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir.

Yevlax rayonunun Xanabad qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak etmişdir.

Tədbirdə istifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları, onların qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınması və bort nömrəsinin yazılması haqqında ətraflı məlumat verilmişdir.

Eyni zamanda kiçikhəcmli gəmisürücüləri xilasedici vasitələr, onların təsnifatı və istifadə qaydaları haqqında da maarifləndirilmişlər.

Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli “kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydaları” və “kiçikhəcmli gəmilərin təchizat avadanlıqları”  haqqında broşurlar paylanılmışdır.

Digər məlumatlar

FHN-in qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Gəncə şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Abşeron rayonu Çaylı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu