Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 12 sentyabr tarixində 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti” və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

18 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Xətai rayonu 194 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib

17 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi paytaxtın Sabunçu rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “2019 Formula-1 Azərbaycan Qran Prisi” layihəsi çərçivəsində “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin dəvəti əsasında növbəti maarifləndirmə tədbirini 17 aprel 2019-cu il tarixində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində keçirib. ...

Ardını oxu