Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 11 sentyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Masallı rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilmiş, mövzularla bağlı hazırlanmış fotoslaydlar və videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra tibb müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzləri və qurumları 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçiriblər

25 iyun 2019-cu il tarixində FHN-in regional mərkəzlərində və qurumlarında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

FHN-in Cənub Regional Mərkəzi 25 iyun 2019-cu il tarixində Yardımlı rayon İcra Hakimiyyətinin akt zalında “Əhalinin fövqəladə hallara hazırlığının artırılması ” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

25 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Akademiyasının konfrans zalında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə tədbir keçirilib. ...

Ardını oxu