Geri

FHN-in Qarabağ Regional Mərkəzi səhiyyə müəssisəsində müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 11 sentyabr 2018-ci il tarixində Ağdam rayonu Üçoğlan kənd Sahə xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda müşavirə keçirmişdir. Müşavirədə Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları da iştirak etmişlər.

Tədbir səhiyyə işçilərinə fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində vərdiş və biliklərin aşılanması məqsədilə keçirilmişdir. Xəstəxana əməkdaşlarının qatıldığı müşavirədə Regional Mərkəzin nümayəndələri “Zəlzələ”, “Dəm qazı”, “Sel və daşqın”, “Əyində geyim yanarkən davranış qaydaları”, “101” və “112” qaynar xətti”nə müraciət qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar etmişlər.  Tədbirdə, həmçinin mövzularla bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilmiş, təbliğat materialları paylanılmışdır.

Sonra səhiyyə müəssisəsinin təxliyə planının müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, müəssisənin ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tibb işçilərinin diqqətinə çatdırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi noyabr ayının 13-də Qaradağ Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 13 noyabr 2018-ci il tarixində Bərdə rayon Xanqaraqoyunlu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 8 noyabr 2018-ci il tarixində Gəncə şəhəri M. Mehdizadə adına 4 nömrəli məktəbin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları ” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu