Geri

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mülki müdafiə məşqi keçirilmişdir

FHN-in Bakı Regional Mərkəzinin metodiki köməkliyi ilə avqust ayının 8-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilmişdir.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə qüvvələrinin şəxsi heyətinin fövqəladə hallara operativ reaksiyavermə və işçi sənədlərin tərtib edilməsi üzrə hazırlıq səviyyəsinin yoxlanılması və yüksəldiməsi, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsi olmuşdur.

Məşqə Milli Oftalmologiya Mərkəzinin mülki müdafiə qüvvələrinin şəxsi heyəti də cəlb edilmişdir.

Məşqin gedişində Milli Oftalmologiya Mərkəzi aparatının və struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsinə dair suallar işlənilmişdir.

Tədbirin sonunda Məşq rəhbərliyi tərəfindən yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Füzuli rayonu Musiqi təmayüllü Gimnaziyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Gəncə şəhəri 46 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı rayonu Sırıq kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu