Geri

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 8 avqust 2018-ci il tarixində Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yerləşən dənizkənarı istirahət mərkəzlərində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir.

Tədbirlərdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və I ərazi DYNİ-nin əməkdaşları iştirak etmişdir.

Tədbirlərin əsas məqsədi dənizkənarı istirahət mərkəzlərində çalışan əməkdaşları və istirahət edən vətəndaşları yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırmaq olmuşdur.

Görüşlərdə vətəndaşlara yanğın təhlükəsizliyinə dair norma və prinsiplər barəsində ətraflı məlumat verilmişdir. Eyni zamanda yerli əhaliyə yanğınların baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində də tövsiyələr verilmişdir.

Tədbirlərdə iştirak edən vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bukletlər, müxtəlif maarifləndirici təbliğat materialları paylanılmış, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Füzuli rayonu Musiqi təmayüllü Gimnaziyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Gəncə şəhəri 46 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı rayonu Sırıq kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu