Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 8 avqust 2018-ci il tarixində Gəncə şəhər 3 saylı Poliklinikada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə, həmçinin FHN-in Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.

Toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunmuşdur.

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu

FHN əməkdaşı cempionatın qalibi olub

2019-cu il 15-17 mart tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə Avropa və dünya çempionatına seçmə xarakterli Pauerliftinq, benç-press......

Ardını oxu

Akademiyada Novruz bayramı qeyd olunub

2019-cu il 18 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın əziz və müqəddəs bayramı olan “Novruz” münasibəti ilə tədbir keçirilib. ...

Ardını oxu