Geri

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 8 avqust 2018-ci il tarixində Lənkəran rayon Telekommunikasiya Qovşağında FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə Lənkəran rayon Telekommunikasiya Qovşağının kollektivi iştirak etmişdir.

“Dəyirmi masa”da fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri, çimərliklərdə təhlükəsizlik tədbirlərinə dair məruzələr dinlənilmişdir. Tədbirdə, həmçinin yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət edilməsinin vacibliyi diqqətə çatdırılmış, hər mövzu ilə bağlı fotoslayd nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Naftalan şəhər Telekommunikasiya Qovşağının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 16 avqust 2018-ci il tarixində 11nömrəli Uşaq Vərəm  Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Şimal-qərb Regional Mərkəzi İsmayıllı rayon ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional 15 avqust 2018-ci il tarixində Ismayıllı rayon ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirmişdir. Toplanışda Şimal-qərb Regional Mərkəzinin, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları, İsmayıllı rayon Suvarma sistemləri idarəsində yaradılmış qəza-bərpa qrupu və İsmayıllı rayon Elektrik Şəbəkəsinin bazasında yaradılmış yüksək......

Ardını oxu