Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 3 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Ucar rayon Telekommunikasiya Qovşağının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə halların təsnifatı və yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularda biliklərin aşılanması olmuşdur.

Toplantıda FHN-in Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və Qovşağının kollektivi iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xətti” və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmişdir. Toplantıda mövzulara aid videoçarxlar nümayiş olunmuş,  təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Füzuli rayonu Musiqi təmayüllü Gimnaziyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Gəncə şəhəri 46 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı rayonu Sırıq kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu