Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi avqustun 3-də Masallı rayon Gənclər və İdman idarəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Masallı rayon Gənclər və İdman idarəsinin əməkdaşları  iştirak etmişdir.

Tədbir zamanı  təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması barədə məlumat verilmiş, müxtəlif  mövzularda çıxışlar dinlənilmiş, fotoslaydlar və videoroliklər nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər 34 №-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirmişdir

13 dekabr 2018-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirmişdir....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Gəncə şəhəri 1 nömrəli Peşə Liseyinin kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu