Geri

ARDNŞ Nəqliyyat İdarəsinin 1 sayılı Texnoloji Nəqliyyat Departamentində mülki müdafiə məşqi keçirilmişdir

FHN-in Bakı Regional Mərkəzinin metodiki köməkliyi ilə avqust ayının 2-də ARDNŞ Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilmişdir.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə qüvvələrinin şəxsi heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətlərin uzlaşdırılması, eləcə də işçi sənədlərin hazırlanması ilə üçün bilik və bacarıqların təkmilləşdirilməsi olmuşdur.

Məşqə 1 saylı Texnoloji Nəqliyyat Departamentinin mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilmişdir.

Tədbirin gedişində Departament aparatının və struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsi sualları işlənilmişdir.

Şərti fövqəladə hallar üzrə siqnallar əsasında 1 saylı Texnoloji Nəqliyyat Departamentinin mülki müdafiə qüvvələri xəbərdar edilmiş, təyin olunmuş əraziyə çıxmış, vəziyyət barədə məlumatların toplanması, təhlili və qiymətləndirilməsi, baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması üzrə təkliflərin təqdim edilməsi və qərarın qəbulu, tabeçilikdə olanların qarşısında tapşırıqların qoyulması və çatdırılması, eləcə də işlərin yerinə yetirilməsi barədə müəyyən olunmuş qaydada məruzələr edilmişdir.

Sonda Məşq rəhbərliyi tərəfindən yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər 34 №-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirmişdir

13 dekabr 2018-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirmişdir....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Gəncə şəhəri 1 nömrəli Peşə Liseyinin kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu