Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Cənub Regional Mərkəzi 10 avqust 2018-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, qəsəbə sakinləri iştirak etmişdir.

Toplantıda fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkilinin, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasının vacibliyindən söz açılmışdlır. Həmçinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri barədə məlumat verilmiş, mövzulara dair fotoslaydlar və videoçarxlar nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər 34 №-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirmişdir

13 dekabr 2018-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirmişdir....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Gəncə şəhəri 1 nömrəli Peşə Liseyinin kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu