Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 5-dən 7-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdaş və Ağsu rayonlarında yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş kitabçası və plakatların paylanması təmın edilmişdir.  

Tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emal olunmasına cəlb olunacaq bütün kənd təsərrüfatı maşınlarının mütləq ilkin yanğınsödürmə vasitələri ilə, qığılcımsöndürənlərlə, süpürgələrlə təmin olunmasının, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının vacibliyi vurğulanmışdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyin Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

Noyabrın 15-də FHN-in Akademiyasında Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi təlim kursu keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Siyəzən şəhər 3 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu