Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqında 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

31 iyul 2018-ci il tarixində FHN Bakı Regional Mərkəzinin akt zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin qurumlarında və regional mərkəzlərində fəaliyyət göstərən  həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak etmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov hesabat məruzəsi ilə çıxış edərək rəbərlik etdiyi qurumun təşkilatçılığı ilə görülən işlərə aydınlıq gətirmiş, 2018-ci ilin birinci yarısında nazirliyin əməkdaşlarının mədəni istirahəti, müalicələri və asudə vaxtlarının mənalı təşkili istiqamətində həyata keçirilmiş tədbirlərdən danışmışdır.

Qeyd edilmişdir ki, nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramı münasibətilə şənliklər təşkil olunmuş, onlara bayram hədiyyələri verilmişdir. Eyni zamanda əlamətdar gün və peşə bayramlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş ittifaq üzvləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

M. İsmayılov Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələ şəhərində “Gənc xilasedici” VI Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin keçirildiyini, eyni zamanda ittifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə İdman-sağlamlıq klubu ilə birgə şahmat, çoxnövçülük, stolüstü tennis, mini-futbol və beşnövçülük  üzrə çempionatların reallaşdırıldığını bildirmişdir.

“Əvvəlki illərdə olduğu kimi ötən dövr ərzində də İttifaqın fəaliyyətində əsgərlərlə görüş əsas prioritet vəzifələrdən biri olmuşdur,”- deyə sözünə davam edən M. İsmayılov Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Quba, Qaradağ, Şirvan və Gəncədə yerləşən N saylı hərbi hissələrində görüşlərin  keçirildiyini, əsgərlərə xatirə hədiyyələri və bayram sovqatlarının verildiyini söyləmişdir.

M. İsmayılov demişdir ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Ağdam rayonunda “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ”,  Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfranslar keçirmiş, Fövqəladə Hallar Nazirliyinin Aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqları komitələri sədrlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına səfər təşkil edilmişdir. Səfər çərçivəsində Naxçıvanın tarixi yerləri, dini- mədəni abidələri ziyarət edilmişdir.

Sumqayıt Regional Mərkəzində və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Bildirilmişdir ki, Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər reallaşdırılmış, Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar nazirliyin qurumlarında fəaliyyət gostərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil edilmiş, burada “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Ötən dövr ərzində İttifaq tərəfindən maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım olunduğunu bildirən Mehman İsmayılov, eyni zamanda Həmkarlar İttifaqının bir qrup üzvünün ailələri ilə birgə yay aylarında Nabranda yerləşən “Orman” istirahət mərkəzində istirahətlərinin təşkil edildiyini, səhhətində problemləri yaranmış üzvlərdən 70 nəfərə məzuniyyət vaxtında sosial sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş”, “Şıx”, “Naftalan” və “Xəzər” sanatoriyalarında müalicə və istirahət üçün dəyərinin 15%-i ödəmək şərtilə yollayış verildiyini bildirmiş, vətən qarşısında borcunu yerinə yetirərək döyüşmüş veteran əməkdaşların və maddi imkanı az olan işçilərın yollayışlarla pulsuz təmin olunduqlarını söyləmişdir. Bundan əlavə, təşkilatın büdcəsi hesabına 6 nəfər ittifaq üzvünə  “Naftalan” sanatoriyasına yollayış verilmişdir.

Tədbirin sonunda  Azərbaycan Həmkarlar Konfederasiyası tərəfindən təltif olunmuş FHN işçilərinin Həmkarlar İttifaqının 4 üzvünə Azərbaycan Həmkarlar Konfederasiyasının yaradılmasının 25 illik yubiley döş nişanları  təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu