Geri

FHN-in Muğan Regional Mərkəzi Şirvan şəhər İcra Hakimiyyətində “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 iyul  2018-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətində “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi və digər təxirəsalmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda “dəyirmi masa”  keçirmişdir.

Müşavirədə Nazirliyin, icra hakimiyyətinin məsul əməkdaşları, Şirvan şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli şəxsləri iştirak etmişlər.

Toplantıda giriş sözü ilə açan Şirvan şəhər  İcra Hakimiyyəti başçısının 1-ci müavini Samid Abıyev gündəlikdə duran məsələnin aktuallığını vurğulamış və keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Çıxış edən natiqlər fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti köçürülməsi, maddi-mənəvi sərvətlərin evakuasiya edilməsi və digər təxirəsalınmaz tədbirlərin  planlaşdırılması və həyata keçirilməsi haqqında fikirlərini bildirmişlər. Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən tövsiyələrin rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. 

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran şəhər 2 nömrəli ümumi orta məktəbində, Muğan Regional Mərkəzi Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

11 dekabr 2019-cu il tarixində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayon Zəyəm qəsəbə Körpələr evi-uşaq bağçasında, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayonunda ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Azərkimya” İstehsalat Birliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu