Geri

FHN işçilərinin Həmkarlar İttifaqı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibətilə Naxçıvan Muxtar Respublikasının tarixi və dini-mədəni abidələri ilə tanış olmuşdur

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqları komitələri sədrlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında yerləşən tarixi və dini-mədəni abidələrinə və görməli yerlərinə ziyarət təşkil etmişdir.

İlk olaraq qonaqlar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət etmişlər. Daha sonra Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarətə gələn qonaqlara məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.

Mömünə Xatun türbəsi də ziyarət edilən tarixi məkanlardan olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı  üzvləri səfər proqramı çərçivəsində Naxçıvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Nəbatət bağı və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu