Geri

FHN işçilərinin Həmkarlar İttifaqı Naxçıvan şəhərinin tarixi yerləri, muzeyləri ilə tanış olmuşdur

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin Aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən komitə sədrlərinin iştirakı ilə Naxçıvan şəhərinin tarixi yerlərinə, muzeylərinə səfər təşkil etmişdir.

Əvvəlcə qonaqlar "Əcəmi" seyrangahına gələrək ümummilli lider Heydər Əliyevin büstünü, Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etmişlər.

Muzeylə tanışlıq zamanı iştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, muzeyin yaranma tarixindən danışılmışdır. Ulu Öndərlə bağlı xatirə və məlumatları, eksponantları özündə əks etdirən muzeylə yaxından tanışlıq onlarda zəngin təəssürat yaratmışdır.

Sonra Naxçıvan Dövlət Tarix Muzeyi və Naxçıvan Xalça Muzeyi ilə tanış olan  iştirakçılar burada olan nadir eksponatları maraqla izləmişlər.

Səfər proqramı çəçivəsində qonaqlar “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, “Naxçıvanqala” Tarixi Memarlıq kompleksi və "Xan Sarayı" Dövlət Tarix-Memarlıq və Açıq Səma Altında Muzey Kompleksi ilə də yaxından tanış olmuş, bu tarixi abidələr haqqında ətraflı məlumatlar almışlar.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş ...

Ardını oxu