Geri

Qəbələdə FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatına yekun vurulmuşdur

İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində beşnövçülük üzrə respublika çempionatına yekun vurulmuşdur. Yarışda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı iştirak etmişdir. 

İdmançılar iyulun 9-dan 12-dək davam edən yarışda maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağa dırmanma mərhələləri üzrə bacarığlarını nümayiş etdirmişlər. Əvvəlki illərdə ölkəmizdə bu yarışlar iki mərhələ üzrə keçirilsə də, artıq iki ildir ki, ölkə çempionatının proqramına dağa dırmanma, turnikdə güc çalışmaları və maneələr zolağı növləri də əlavə olunmuşdur. Bu idman növləri iştirakçılardan daha çətin şəraitdə güc və bacarıq nümayiş etdirmək, gərgin mübarizə aparmaq tələb edir.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın şəxsi birincilik mərhələsində FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənli qızıl, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Məmməd Cəfərzadə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Orxan İsgəndərov bürünc medal qazanmışdır. Komanda hesabında isə FHN Akademiyasının komandası birinci, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası ikinci, Mülki Müdafiə Qoşunlarının komandası üçüncü yeri tutmuşdur.

Mükafatlandırma mərasimində çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edərək, ölkəmizdə hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışmışlar.

Sonda qaliblərə diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilmişdir. 

Digər məlumatlar

FHN Bakı Regional Mərkəzi Xətai rayonunda müşavirə keçirmişdir

FHN Bakı Regional Mərkəzi cari payız-qış mövsümünə hazırlıq çərçivəsində 16 noyabr 2018-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq Klubu çempionat keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 15-16 noyabr 2018-ci il tarixlərində Nazirliyin əməkdaşları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilimişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Xırdalan şəhər 23 nömrəli uşaq bağçasında “Uşaq hüquqları aylığı” çərçivəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu