Geri

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən 12 iyul tarixində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilmişdir.

Məşqin keçirilməsində məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşqin təşkili və keçirilməsi, eləcə də onlara işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması olmuşdur.

Təlimə Mərkəzin struktur bölmələri, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, eləcə də Departamentin tabeli qurumlarının rəhbərliyi cəlb edilmişdir.

Məşqin gedişində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti aparatının və struktur bölmələrinin tabeli qurumlarının fövqəladə hal barədə xəbərdar edilməsi, iş rejimi (hazırlıq) dərəcələrinə gətirilməsi, zədələnmə ocağında vəziyyətin qiymətləndirilməsi, qərarın qəbul edilməsi, hərtərəfli təminatın və koordinasiyanın təşkili, əməliyyat əmrinin verilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, xilasetmə əməliyyatlarının başa çatdırılması zamanı idarəetmənin təşkili sualları işlənilmişdir.

Məşq zamanı vəziyyətin mürəkkəbləşdirilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, eləcə də Yasamal və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliklərinin inzibati binalarında 3 fövqəladə hadisə müəyyənləşdirilmişdir.

Baş vermiş fövqəladə hallar üzrə siqnallar əsasında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti xəbərdar edilmiş, “Yüksək” hazırlıq rejimi və “Fövqəladə” rejim dərəcələrinə gətirilmiş, aidiyyəti qurumların məlumatlandırılması, obyekt mülki müdafiə qüvvələrinin hadisə baş vermiş əraziyə çıxarılması, vəziyyət barədə məlumatların toplanması, təhlili və qiymətləndirilməsi, cəlb olunacaq əlavə qüvvələrin tərkibinin müəyyənləşdirilməsi, baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması üzrə təkliflərin təqdim edilməsi və qərarın qəbulu, tabeçilikdə olanlara tapşırıqların qoyulması və çatdırılması, idarəetmənin, qarşılıqlı fəaliyyətin, hərtərəfli təminat üzrə tədbirlərin təşkil edilməsi və yerinə yetirilməsi, əlavə qüvvə və vasitələrin cəlb edilməsilə bağlı aidiyyəti üzrə müraciət edilməsi, eləcə də qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı idarəetmə üzrə digər tədbirlərin yerinə yetirilməsi fəaliyətləri icra olunmuş, müəyyən olunmuş qaydada məruzələr edilmişdir.

Məşqin sonunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iclas zalında vasitəçilərin iştirakı ilə Departamentin rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilmişdir.

Sonda yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

22 fevral 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Yanğın təhlükəsizliyi ayı”nda maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 1 fevral 2019-cu il tarixdən keçirilən “Yanğın təhlükəsizliyi ayı”nın 20 günü ərzində ərazi və regional Dövlət Yanğın Nəzarəti......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Yanğın təhlükəsizliyi ayı”nda maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 1 fevral 2019-cu il tarixdən keçirilən “Yanğın təhlükəsizliyi ayı”nın 20 günü ərzində ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən 600 təbliğat xarakterli tədbir keçirilərək 34872 nəfər yanğın təhlükəsizliyi sahəsində maarifləndirilib...

Ardını oxu