Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 12 iyul 2018-ci il tarixində Hacıqabul rayonu Telekommunikasiya qovşağında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Əməkdaşların yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti” və digər mövzularda geniş məlumat vermişlər. O cümlədən, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır” mövzusunda davranış qaydaları izah edilmişdir.

Tədbirdə “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”, “Hansı hallarda “112” qaynar xətti” ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar edilmiş və videoçarxlar nümayiş etdirilmişdir.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 18 sentyabr 2018-ci il tarixində Beyləqan rayon “Yeni Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Kuropatkin kənd Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 3-13 sentyabr 2018-ci il tarixlərində regionu əhatə edən şəhər və rayonlarda  ümumtəhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirmişdir. ...

Ardını oxu

Cənub Regional Mərkəzi mülki müdafiəni tədris edən sinif rəhbərləri üçün kurslar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 4-13 sentyabr 2018-ci il tarixlərində Mərkəzin əhatə etdiyi ərazi üzrə müvafiq rayonların ümumtəhsil orta məktəblərində və onlara bərabər tutulan təhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil etmişdir.  ...

Ardını oxu