Geri

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 11 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də kənd sakinləri iştirak etmişdir.

Tədbir zamanı  fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması barədə məlumat verilmiş, müxtəlif  mövzularda çıxışlar dinlənilmiş, hər mövzu ilə bağlı fotoslaydlar və videoroliklər nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli xəstəxanada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu