Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 11 iyul 2018-ci il tarixində Quba rayon İcra hakimiyyəti başçısının I Nügədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  seminar-müşavirə keçirmişdir.

Tədbir zamanı müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, mülki müdafiə işinin təşkili, elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizliy tədbirləri, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda diskusiyalar aparılmışdır. 

Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, nəqliyyat qəzalarının baş vermə səbəbləri və təhlükəsizlik qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilmişdir.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyin Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

Noyabrın 15-də FHN-in Akademiyasında Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi təlim kursu keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Siyəzən şəhər 3 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu