Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə 10 iyul 2018-ci il tarixində Zaqatala rayon Təhsil şöbəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Tədbirə rayonun təhsil müəssisələrinin rəhbərləri cəlb olunmuşdur. İlk öncə məruzəçilər tərəfindən “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Məktəblərdə texniki təhlükəsizlik qaydaları”, “Məktəblərdə mülki müdafiənin təşkili”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” zəng xidməti”ndən düzgün istifadə qaydaları mövzularda çıxışlar edilmişdir. Sonra məktəblərdə fövqəladə hallarla bağlı mövzulara diqqətin artırılması, həmçinin, bu səpgidə məktəblərdə təbliğat guşələrinin yaradılması tövsiyə olunmuş, mövzu ətrafında suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əlincə qalasına yürüş təşkil etmişdir

16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədrləri Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzinə çevrilən, 1800 metr yüksəklikdə yerləşən Əlincəqalaya yürüş təşkil......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 17-dən 19-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Yevlax, Ucar və Tərtər rayonlarında  yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Göyçay rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu