Geri

FHN Akademiyasında bakalavr və magistrantların yekun dövlət attestasiyası başa çatmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında bakalavr və magistrantların Dövlət Attestasiya Komissiyasına yekun vurulmuşdur. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, iki ixtisas üzrə magistratura səviyyəsində təhsil fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılmışdır. Bu ali təhsil ocağının fəaliyyəti dövründə 592 kursant və müdavimə “bakalavr” ali peşə-ixtisas dərəcəsi, 7 nəfər magistranta isə ali elmi-ixtisas dərəcəli magistr diplomu verilmişdir.

2017/2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə 98 nəfər kursant və müdavim ixtisaslar üzrə tədris planlarında nəzərdə tutulmuş bütün sınaqlardan keçərək yekun dövlət attestasiyasında iştirak etmiş, onların 7 nəfəri fərqlənmə diplomuna layiq görülmüşdür.

Magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş 11 nəfər magistrantın müvafiq ixtisaslar üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilmişdir.

Sonda Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bakalavr və magistrantları təbrik etmiş, onların hazırlığını yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Digər məlumatlar

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Çayrud kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu