Geri

FHN-in Muğan Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 10 iyul 2018-ci il tarixində İmişli Mərkəzi rayon xəstəxanasında “İmişli rayon yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələri ilə mülki müdafiə xəbardarlıq-toplanış” mövzusunda rəhbər heyəti üçün мəşq keçirmişdir.

Məşqə İmişli rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayon Polis şöbəsinin, Mərkəzi xəstəxanasının, rayon Gigiyena və Epidemiologiya mərkəzinin, İmişli Enerji Təchizatı və Satış idarəsinin, İmişli Suvarma Sistemləri idarəsinin, rayon Yanğından Mühafizə hissəsinin, Telekommunikasiya Qovşağının və İmişli rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi “Yüksək Hazırlıqlı Ərazi dəstəsi”ndəki qrupların şəxsi heyəti, avtomobillər və texnikalar cəlb olunmuşdur.

Мəşqin keçirilməsində məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, müəssisənin əməkdaşlarına fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi olmuşdur.

Sonda keçirilən məşq müzakirə edilmiş, tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Çayrud kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu