Geri

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir.

Tədbirdə daşqın risklərinin idarəedilməsi sahəsində milli qanunvericiliyin və institusional bazanın cari vəziyyəti, müvafiq qanunvericiliyin Avropa İttifaqının Daşqınlar üzrə direktivlərinə uyğunlaşdırılması məsələləri və bu istiqamətdə tərəfdaş ölkələrdə həyata keçirilmiş fəaliyyət və əldə edilmiş təcrübə, o cümlədən daşqın risklərinin idarəedilməsi üzrə gələcək fəaliyyət planı müzakirə olunmuşdur.

Tədbirdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Energetika nazirliklərinin, o cümlədən Milli Məclisin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin,  Milli Elmlər Akademiyasının Coğrafiya İnistitutunun, BMT-nin İnkişaf Proqramının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Gəncə şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Abşeron rayonu Çaylı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Nizami rayonundakı 32 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu