Geri

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıtması Azərbaycanda mühüm tarixi mərhələnin başlanğıcı olmuşduri. Ümummilli Lider müstəqil dövlətimizi məhv olmaq təhlükəsindən qurtarmış, vətəndaş qarşıdurmasının qarşısını almışdır.

Həmçinin qeyd olunmuşdur ki, Ulu Öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, böyük nailiyyətlərin əsasını qoymuşdur. Bu gün hərtərəfli inkişaf etmiş, beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilmiş qüdrətli Azərbaycana görə xalqımız Heydər Əliyevin unudulmaz xatirəsini daim böyük ehtiramla yad edir. Onun əsasını qoyduğu müdrik siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Digər məlumatlar

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 13 iyun 2018-ci il tarixində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən iri səhiyyə müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Səhiyyə Nazirliyinin müraciəti......

Ardını oxu