Geri

Mülki müdafiə qoşunlarınin hərbi hissəsində bayram tədbiri keçirilmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasinin 95 illiyi ilə əlaqədar Mulki müdafiə qoşunlarının hərbi hissələrində silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də Mülki müdafiə qoşunlarınin paytaxtın Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində təşkil edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Mülki müdafiə qoşunları komandanlığının təşkilatçılığı ilə reallaşan tədbir “Cümhuriyyət tarixini və ulu öndər Heydər Əliyevin irsini öyrənirik” devizi altında keçirilmişdir.

Hərbi hissədə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Qurtuluş dastanı” tamaşası oynanılmışdır. Tamaşa Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edir. Əsərin müəllifi teatrın direktoru İftixar Piriyevdir. 

15 iyun – Milli Qurtuluş Günü ərəfəsində göstərilən tamaşada Azərbaycan dövlətçilik tarixinin mürəkkəb dövrü olan XX əsrin 90-cı illərində baş vermiş ictimai-siyasi hadisələr, ümummilli lider Heydər Əliyevin Azərbaycanda baş vermiş vətəndaş qarşıdurması və separatizm hallarının qarşısının alınması üçün göstərdiyi misilsiz xidmətlər öz əksini tapmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu