Geri

Muğan Regional Mərkəzi Hacıqabul rayonu Kür Su Təchizati İdarəsində mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 14 iyun 2018-ci il tarixində Hacıqabul  rayonunda yerləşən Kür Su Təchizati İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkil” mövzusunda rəhbər heyəti üçün мəşq keçirmişdir.

Məşqə müəssisənin rəhbərliyi və əməkdaşları cəlb olunmuşdur.

Мəşqin keçirilməsində məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, müəssisənin əməkdaşlarına fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi olmuşdur.

Sonda keçirilən məşq müzakirə edilmiş, tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirib

18 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Grown” otelində...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın potensiallı ərazilərdə təhlükə mənbələrinin aradan qaldırılması işini davam etdirir

Respublikanın şəhər və rayonlarında yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə, yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi Zərdab rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Zərdab rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Zərdab rayon İcra Hakimiyyətinin iclas zalında......

Ardını oxu