Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

14 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Heydər Əliyev məktəbinin” lektoriyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Lektoriyanın qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olmuşdur.

Əvvəlcə, Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulmuş, Dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, Azərbaycanın çağdaş tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi böyük tarixi şəxsiyyətdir.

1993-cü ilin 15 iyun – Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 15 iyun əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın tərəqqisində, müstəqilliyində, gələcəyində müstəsna rol oynamış, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir.

Heydər Əliyev rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi, qurub–yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıqlar göstərmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqın təkidli tələbi ilə ikinci dəfə  hakimiyyətə qayıdışından, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında xalqımızın gələcəyi naminə həyata keçirdiyi siyasi–iqtisadi islahatlardan və misilsiz xidmətlərindən söhbət açmışdır. Qeyd etmişdir ki, Azərbaycan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət sayəsində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçmiş, tərəqqi əldə etmişdir.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur. 

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu