Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 iyun 2018-ci il tarixində Xızı rayon Uşaq Musiqi Məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi olmuşdur.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti”  mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu