Geri

“Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 12 iyun 2018-ci il tarixində Bakı şəhəri Tbilisi prospekti 34 ünvanında yerləşən “Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlim kecirmişdir.

Təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilmiş, yanğın təhlükəsizliyinə dair məlumatlar verilmişdir.

Təlimin ikinci – praktik mərhələsində isə FHN-in DYMX Yasamal rayon Yanğından Mühafizə Hissəsinin xüsusi texnikası və canlı qüvvəsi, eyni zamanda Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilmişdir.

Sonra isə təlimə cəlb edilmiş xüsusi texnika və avadanlıqlara baxış keçirilmişdir.

Təlimə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 6 ədəd xüsusi texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 14 avqust 2018-ci il tarixində Beyləqan şəhər 2 nömrəli Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 10 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Zərdab rayon Telekommunikasiya Qovşağında "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Cənub Regional Mərkəzi 10 avqust 2018-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu