Geri

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirmişdir

8 may 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) İsmayıllı rayonundakı Peşə Litseyində taktiki-xüsusi təlim keçirmişdir. Əvvəlcə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli, Fövqəladə Hallar Nazirliyinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin üzvlərinin iştirakı ilə konfrans keçirilmişdir. Konfransda keçiriləcək təlim haqqında ətraflı məlumatlar verilmişdir. Tədbir “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) çərcivəsində, Fövqəladə Hallar Nazirliyi və AzQAC-ın arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil olunmuşdur. Təlimə, həmçinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Daxili İşlər və Səhiyyə nazirliklərinin qüvvə və vasitələri də cəlb olunmuşdur. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günündə təşkil olunmuş təlimin gedişində şərti olaraq zəlzələ nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, yerli idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətdə təhlükəli ərazilərdən insanların təxliyyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanaya qədərki ilk yardımın təşkili və stress halına düşmüş insanlara ilk psixoloji yardımın göstərilməsi, ictimai asayişin qorunması, ümumiyyətlə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması sahəsində birgə tədbirlər nümayiş etdirilmişdir. 

Sonda təlimdə fəal iştirak edənlərə diplom və hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi Azərbaycanın İsmayıllı və Qusar rayonlarında Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi, İsmayıllı və Qusar rayonlarının İcra hakimiyyətləri və kənd bələdiyyələrinin dəstəyi, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən etibarən uğurla həyata keçirilməkdədir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi növbəti maarifləndirmə tədbirini keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 23 yanvar 2019-cu il tarixində Nəsimi rayonundakı 54 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 22 yanvar 2019-cu il tarixində Qusar rayonu Qaratoba tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 22 yanvar 2018-ci il tarixində Ağcabədi şəhər 7 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu