Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Socar Petroleum” Qapalı Səhmdar Cəmiyyətində yanğın-taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 16 may 2018-ciil tarixdə “Socar Petroleum” Qapalı Səhmdar Cəmiyyətinin Terminal Təsərrüfat bazasında "Neft məhsulları saxlanılan rezervuar parklarında yanğınların söndürülməsi" mövzusunda  yanğın-taktiki təlim keçirmişdir.

Təlimin keçirilməsində məqsəd orta və böyük rəis heyətinin neft məhsulları saxlanılan rezervuarlarda yanğınların söndürülməsi üzrə təcrübəsini artırmaq, təlimdə iştirakçıların peşə hazırlığı səviyyələrini yoxlamaq və yüksəltmək, yanğın şəraitini qiymətləndirmək, yanğınsöndürmənin həlledici istiqamətini müəyyən etmək, vasitə və üsullarını seçmək, həmçinin əməliyyat sənədlərinin tərtib edilməsi, arxa sahənin və rabitə işinin təşkilinə dair bilik və bacarıqların təkmilləşdirilməsi olmuşdur. Eyni zamanda təlimin əsas məqsədi obyektin rəhbərliyi və xidmətləri ilə qarşılıqlı əlaqənin yaradılması təcrübəsinin artırılması və təhlükəsizlik texnikası qaydalarının şəxsi heyətə öyrədilməsi olmuşdur.

Yanğın-taktiki təlimdə qarşıya qoyulan vəzifə nəzərdə tutulmuş vaxtında yerinə yetirilmişdir.

Sonra təlim zamanı həyata keçirilən əməliyyat tədbirlərinin qiymətləndirilməsi aparılmış, nöqsanlar müzakirə olunmuş, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarların qəbulu istiqamətində vəzifələrin icrası ilə bağlı şəxsi heyətə tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi Səbail Rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində 2018-ci il oktyabr ayının 19-da Səbail Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə 18 oktyabr 2018-ci il tarixində Lənkəran rayonunun Aşağı Nüvədi kəndində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr ­­­– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu