Geri

“Fairmont Baku” otelində yanğın-taktiki təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 16 may 2018-ci il tarixində Bakı şəhər Mehdi Hüseyn 1A ünvanında yerləşən “Fairmont Baku” otelində yanğın-taktiki təlim kecirmişdir.

Təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilmiş, yanğın təhlükəsizliyi haqqında məlumatlar verilmişdir.

Təlimin ikinci – praktik mərhələsində FHN-in DYMX Yasamal rayon Yanğından Mühafizə Hissəsinin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilmişdir.

Təlimə ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin 7 ədəd xüsusi texnikası və 42 nəfər canlı qüvvəsi cəlb olunmuşdur.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Naftalan şəhər Telekommunikasiya Qovşağının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 16 avqust 2018-ci il tarixində 11nömrəli Uşaq Vərəm  Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Şimal-qərb Regional Mərkəzi İsmayıllı rayon ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional 15 avqust 2018-ci il tarixində Ismayıllı rayon ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirmişdir. Toplanışda Şimal-qərb Regional Mərkəzinin, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları, İsmayıllı rayon Suvarma sistemləri idarəsində yaradılmış qəza-bərpa qrupu və İsmayıllı rayon Elektrik Şəbəkəsinin bazasında yaradılmış yüksək......

Ardını oxu