Geri

FHN-in Şimal Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

FHN-in Şimal Regional Mərkəzi 16 may 2018-ci il tarixində Şabran rayonunun Heydər Əliyev Mərkəzində “fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyyə) edilməsi tədbirlərinin və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində Nazirliyin struktur bölmələri və Şabran rayon İcra Hakimiyyəti ilə birgə iş fəaliyyəti” mövzusunda dəyirmi masa keçirmişdir.

Toplantıda Nazirliyin yerli qurumlarının, Şabran rayon İcra Hakimiyyətinin və Şabran rayonu üzrə digər aidiyyəti  idarə və müəssisələrinin  nümayəndələri  iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin əməkdaşı fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat vermişdir.

Daha sonra Şabran rayonunda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət planlarına əsasən vəzifələr dəqiqləşdirilmiş, qüvvə və vasitələrin fövqəladə hal zonasına vaxtında cəlb edilməsinin vacibliyi bir daha vurğulanmışdır.

Tədbirin sonunda mövzulara dair videoslayd nümayiş etdirilmiş, yaddaş kitabçaları və təbliğat xarakterli materiallar paylanmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi Səbail Rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində 2018-ci il oktyabr ayının 19-da Səbail Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə 18 oktyabr 2018-ci il tarixində Lənkəran rayonunun Aşağı Nüvədi kəndində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr ­­­– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu