Geri

FHN-in “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliklərinə yekun vurulmuşdur

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında 16 may 2018-ci il tarixində VII “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyinə yekun vurulmuşdur. Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının məktəbliləri qüvvələrini sınamışlar. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər Gənclər və idman Baş İdarəsinin nümayəndələri iştirak etmişdir. Birincilikdə 16 məktəb komandası öz qüvvəsini sınamışdır.

Tədbirin açılış mərasimində çıxış edən FHN-in Baki Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini polkovnik İlham Abbasov yarışların əhəmiyyətindən danışaraq bildirmişlər ki, bu tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir. Natiqlər yarış iştirakçılarına müvəffəqiyyətlər arzulamışlar.

Yarışlar “Yanğın estafeti” və “Maneələr zolağı” üzrə iki mərhələdə keçirilmişdir. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayonun 220 nömrəli komandası I, Bakı şəhəri Xətai rayonu 56 nömrəli orta məktəbin komandası II, Bakı şəhəri Suraxanı rayonu 114 nömrəli məktəbin komandası isə III yerə layiq görülmüşdür. Bakı şəhəri 220 və 56 nömrəli məktəbin komandaları, həmçinin, Abşeron rayonu Novxanı kəndi 1 nömrəli məktəbin komandası VII “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanmışlar.

Qalib gəlmiş komandalar kubok və diplomlarla mükafatlandırılmışlar.

Qeyd edək ki, VII “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyinin final mərhələsi 24 iyun-1 iyul tarixlərində Qəbələ rayonunda keçiriləcəkdir.

Digər məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir

8-11 oktyabr  2018-ci il tarixlərində Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində “Serbiya-2018” təlimi keçirilmişdir. Serbiya Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzinin keçirdiyi 18-ci təlimdir. ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı yanğınsöndürmə xidmətinin əməkdaşı olmuş Milli Qəhrəmanların məzarlarını ziyarət etmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmuş,  Azərbaycan torpaqları uğurunda qəhrəmancasına fədakarlıq göstərərək həyatlarını fəda etmiş Azərbaycanın Milli Qəhrəmanları  Əsədov Malik Hamil oğlunun və Niftəliyev Cəmil Səmədxan oğlunun məzarları ziyarət olunmuş və şəhidlərin ailələrinə baş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 oktyabr 2018-ci il tarixində Göyçay rayon 27 nömrəli Ağdam tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu