Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 aprel 2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda kursant və magistrların V elmi-praktik konfransı keçirilmişdir.

Əvvəlcə, konfrans iştirakçıları Akademiyanın Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Azərbaycan  Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verərək bildirmişdir ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhurıyyəti qısa fəaliyyəti dövründə çox mühüm nailiyyətlər əldə etmişdir. Lakin yaranmasının 2 ili tamam olmamış Azərbaycan Xalq Cümhuriyyəti rus–bolşevik qoşunları tərəfindən işğal edilərək süquta uğramışdır.

Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk respublikamızdan bizə miras qalan demokratik dəyərlər daha da inkişaf etdirilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi və öyrənilməsi istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də Cümhuriyyətin irsinin araşdırılması işini daim diqqətdə saxlamışdır.

Ümummilli liderin Xalq Cümhuriyyətinin 80 illiyinin, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, həmçinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi bu tarixi fakta dövlət səviyyəsində ehtiramın nümunəsidir.

Akademiyanın rəisi bu cür konfransların keçirilməsinin kursant və magistrların elmi-tədqiqat işlərinə maraqlarının formalaşması, tədris materiallarının yaradıcı səviyyədə mənimsənilməsi, elmi araşdırma üsullarının dərindən öyrənilməsi və onların xüsusi təhsilli mütəxəssis kimi yetişməsi üçün böyük əhəmiyyətə malik olduğunu söyləmiş və tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Konfransda Akademiyanın magistrı Məhəmməd Musayev, kursantlar Ülvi Şəkizadə, Məhəmməd Musayev, Tərlan Mövlanov, Amil Kərimbəyli, İbrahim Şiriyev  və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Reyhanə Məmmədtağıyeva müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişlər.

Plenar iclasdan sonra “Həyat fəaliyyətinin  təhlükəsizliyi və texnogen xarakterli fövqəladə hallar”, “Fövqəladə Hallarda müdafiənin hərbi və sosial problemləri” və “Fövqəladə hallar zamanı yanğınların baş vermə səbəbləri və mühafizə tədbirləri” adlı bölmə iclaslarında kursant və magistrantların məruzələri dinlənilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu