Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzi ilə birgə 27 aprel 2018-ci il tarixində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirmişdir.

Müşavirədə Suraxanı rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, Təcili tibbi yardım bölməsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri  iştirak etmişlər.

Tədbirdə Suraxanı rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə tədbir iştirakçıları məlumatlandırılmış, aşkar olunmuş nöqsanlar fotoslaydların müşayiəti ilə nümayiş olunaraq yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilmiş, müvafiq məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılmışdır.

Toplantıda çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı məlumat vermişlər.

Sonda sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatların əks olunduğu təbliğat materialları tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu