Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti iri ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti aprel ayıın 25-də FHN-in Sumqayıt Regional Mərkəzi ilə birgə “Sumqayıt”, “Karvan”, “Cavid”, “Xəlifə” və “Səfərli” ticarət mərkəzlərinin, “Jalə-94” firmasının, “Vicdan-1” MMC-nin (avtomobil bazarı), “Qayalı”, “Fəxri”, “Pioner” və “Qobustan” istehsalat ticarət mərkəzlərinin, “Qalatasaray” Səbuni-10” firmasının və digər ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirmişdir. Görüşdə Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Cəfərov ticarət mərkəzlərində yanğına qarşı tələblərə toxunaraq, yanğından müdafiə sistemlərinin işlək vəziyyədə olmasının, onlara mütəxəssislər tərəfindən texniki qulluğun həyata keçirilməsinin vacibliyini bildirmişdir. O, əsas və vacib tələblərdən biri olan ehtiyat çıxış yollarının vəziyyətinə toxunmuş, ehtiyat çıxış qapılarının bağlanmasının yolverilməz olduğunu diqqətə çatdırmışdır.

Daha sonra ticarət mərkəzlərində insanların sərbəst hərəkəti üçün şəraitin yaradılmasının təmin olunmasının vacibliyi vurğulanmışdır. Yanğına qarşı tədbirlər ətrafında da geniş söhbətlər aparılmış və obyektlərdə mövcud olan yanğın su təchizatı, ilkin odsöndürmə vasitələri, kinozallara və əyləncə sahələrinə daha mütəşəkkil qaydada nəzarətin aparılması, tüstü bacalarının təmizlənməsi (kafe, restoran və s.), elektrik təchizatının tələblərə uyğun olması, işçilərin təlimatlandırılması və digər məsələlərə də toxunulmuşdur. Tədbirdə obyektlərin yanğından icbari qaydada sığortalanması məsələsi də diqqət mərkəzində olmuşdur.

Görüşdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Adil Hacıyev və Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovniki Fikrət Ələkbərov ticarət mərkəzlərində təxliyənin düzgün təşkil olunması və işçi heyətinin peşəkarlığının artırılması məqsədilə mütəmadi olaraq birgə təlimlərin təşkil edilməsinin əhəmiyyətindən danışmışlar. Daha sonra tədir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.   

Digər məlumatlar

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində, Aran Regional Mərkəzi Kürdəmir rayon Qarabucaq kənd orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Şamaxı şəhər S.M. Qənizadə adına 1 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi 17 sentyabr 2019-cu il tarixində “MKT İK” MMC-nin Zərdab pambıq qəbulu məntəqəsində, 2 saylı Yevlax şəhər bazarında......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 17-19 sentyabr 2019-cu il tarixlərində "İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu